Danimarkada Quran yandırmaq cinayət sayılacaq...

Danimarka Quranın yandırılması ilə bağlı hərəkətlərə görə cinayət məsuliyyəti tətbiq edəcək...

Poliqon xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hökumət mühüm dini əhəmiyyət kəsb edən obyektlərlə düzgün rəftar edilməməsinə görə cinayət məsuliyyətinə cəlb edəcək", deyə press-relizdə bildirib.

Qanun layihəsinə görə, İncil və ya Quranın açıq şəkildə yandırılması cinayət sayılacaq.

Qeyd edək ki, bundan əvvəl Danimarkada bir neçə dəfə Quran yandırılıb. Başda Türkiyə olmaqla əksər müsəlman dövlətləri buna sərt reaksiya verib və Kopenhageni dini kitablara qarşı təhqiramiz hərəkətlərə qadağa qoymağa çağırıb.

Poliqon.info