Azərbaycan millisinin keçmiş futbolçusu Şəhriyar Rəhimov vəfat edib

Azərbaycan futbol millisinin keçmiş oyunçusu Şəhriyar Rəhimov vəfat edib...

APA xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Müdafiəçinin müalicə olunduğu Türkiyədə vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Şəhriyar Rəhimov aldığı zədələr səbəbindən ötən il karyerasını "Səbail"də başa vurub.

34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarında forma geyinib.

O, Azərbaycan millisinin heyətində ümumilikdə 9 oyun keçirib.

Şəhriyar Rəhimovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Poliqon.info