Yunanıstan Rusiya ilə silah müqaviləsini ləğv etdi

Yunanıstan Rusiya ilə “Tor-M1” və “Osa-AKM” zenit-raket komplekslərinin texniki xidmətinə dair müqaviləyə xitam verib...

Poliqon xəbər verir ki, bu barədə pronews.gr portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, hökumət silahlara dəstək proqramından, yəni ehtiyat hissələri və xidmətlərin alınmasından və yeni müqavilələr imzalamamaqdan (FOS) imtina etmək qərarına gəlib.

Yunanıstanın milli müdafiə naziri Nikos Dendiasın adından parlamentə göndərilən məxfi sənəddə deyilir: "Mobil qısa mənzilli zenit-raket kompleksləri "Tor-M1" və daha köhnə "Osa-AKM"ni dəstəkləmək üçün yeni müqavilələr imzalanamayacaq".

Media qeyd edir ki, mövcud ehtiyat hissələri cəmi bir neçə ay davam edəcək və onların ehtiyyatı həddən artıq azdır.

2018-ci ildə Rusiya və Yunanıstan “Silah Sistemlərinin Ömrünün Uzadılması” adlı hərbi texnikanın saxlanmasına dair saziş imzalayıb.

Poliqon.info