ABŞ-ın ən yaxın müttəfiqləri Çin və Rusiyanın orbitinə daxil olur...

Dünyanın ən böyük neft ixracatçısı da daxil olmaqla, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən bəziləri getdikcə Çin və Rusiyanın orbitinə yaxınlaşır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin analitik məlumatında bildirilir. Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir gələn ilin əvvəlində İran, Argentina və Efiopiya ilə birlikdə BRİKS-ə qoşulacaq və bu, qlobal geosiyasəti daha da çətinləşdirir.

BRİCS sammitində anti-Qərb bloku kimi tanına bu quruma yeni üzvlərin qəbulunu Bloomberg-ə şərh edən Beynəlxalq Böhran Qrupunun baş analitiki Anna Ceykobs bildirib ki, Qərblə müttəfiqlik edən yeni üzvlər çox tərəfli əlaqələrə üstünlük verirlər:

“Onlar bir tərəfi seçmək və güc mübarizəsinə qarışmaqdansa, müxtəlif güclərlə əlaqələri tarazlaşdırmağa və saxlamağa diqqət yetirirlər”, deyə Ceykobs bildirib.

ING analitiki Terner yazır ki, qeyri-dollar borcundan geniş istifadə olunmasa da, çox güman ki, dollar, avro və yuanın müvafiq olaraq Amerika, Avropa və Asiyada dominant valyutaya çevrilə biləcəyi çoxqütblü dünyaya keçidə doğru onillik irəliləyiş olacaq..

Verisk Maplecroft-un Yaxın Şərq və Şimali Afrika üzrə baş analitiki Torborn Soltvedt Bloomberg-ə açıqlamasında qeyd edib ki, ABŞ-la müttəfiq olan və buna baxmayaraq BRİCS-də təmsil olunmaq istəyən ölkələr özlərini sığortalamağa çalışırlar.

“Onlar ABŞ-la münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi halında fövqəladə halların planlaşdırılması üçün zəmin yaradır”, deyə analitik bildirib.

Poliqon.info