FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi və təxliyənin təşkili” mövzusunda təlim keçirilib...

FHN-dən Poliqon-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən çoxmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “çoxmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

##galery##

Poliqon.info