Zalujnı ABŞ-a vəd verib: Ukrayna böyük irəliləyiş ərəfəsindədir...

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı amerikalı rəsmilərə ordusunun irəliləyiş ərəfəsində olduğunu deyib...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazır. Nəşr tazır ki, bir neçə həftədir ki, ABŞ və Ukrayna rəsmiləri arasında əks-hücum strategiyası ilə bağlı gərgin müzakirələr gedir. Amerika hərbçiləri qüvvələri cəmləşdirməyə, Rusiya Federasiyasının müdafiəsini yarmağa və Azov dənizinə çatmağa çağırır.

Ukrayna əməliyyat planında düzəlişlər etsə də, onlar hələ də qışa qədər vəziyyəti necə dəyişdirmək barədə razılaşmırlar. "Siz bu münaqişənin mahiyyətini başa düşmürsünüz. Bu, üsyançılara qarşı əməliyyat deyil", deyə ABŞ biri Zalujnıdan sitat gətirib.

Vaşinqtonda hesab edirlər ki, Ukraynanın hücum üçün kifayət qədər texnikası var və gələn il bunu eyni həcmdə təkrarlamaq mümkün olmayacaq. Keçmiş ABŞ rəsmisi qəzetə deyib: "Biz bu "polad dağı"nı əks-hücum etmək üçün yaratdıq. Biz bunu bir daha edə bilmərik. O ehtiyyatlar artıq mövcud deyil".

Eyni zamanda ABŞ rəsmiləri hesab edirlər ki, Silahlı Qüvvələr hələ də uğur qazana bilər. “Ukrayna komandanlığı həmçinin iddia edir ki, əks-hücum üçün vaxt hələ birməyiv və Zalujnı amerikalı rəsmilərə qoşunlarının irəliləyiş astanasında olduğunu bildirib”, deyə məlumatda qeyd edilır.

Poliqon.info