Azərbaycan Premyer Liqasında dördüncü tur başlayır 

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək...

İlk oyun günündə bir matç keçiriləcək.

Ev oyunlarını Bakıdakı “Dalğa Arena”da keçirən “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək. “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı, “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Kəpəz”i qəbul edəcək.

Azərbaycan Premyer Liqası

IV tur

25 avqust (cümə)20:00. “Araz-Naxçıvan” - “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

“Dalğa Arena”(oxu.az)

Poliqon.info