Fuad Hüseynov: “Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib”

Keçmiş məcburi köçkünlərin yola salındığı Laçın rayonunun Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib...

“Report” xəbər verir ki, bu barədə Zabux sakinlərinin doğma yurduna yola salınmasında iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.

“İlkin mərhələdə Zabux kəndində 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. Kənd bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Həmin kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi mövcuddur, gözəl park salınıb. Eyni zamanda yaşayış məntəqəsində yüksəksürətli internet – fiberoptik şəbəkəsi yaradılıb”, - sədr müavini diqqətə çatdırıb.

“Əlbəttə ki, bu günü bəxş etdiyinə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Bu günü müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərə, cəngavər qazilərimizə borcluyuq”, - o əlavə edib.

Poliqon.info