Ömər aşırımında ağır yol qəzası olub, Türkiyə vətəndaşları ölüb - Yenilənib

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub...

 

“Report”un xəbərinə görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Onların kimliyi və hadisənin digər təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info