Hövsanda 46 yaşlı qadın qətlə yetirilib

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseynqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub...

DİN-in mətbuat xidmətindən Poliqon-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.

Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info