Azərbaycan hərbçiləri Tbilisidə beynəlxalq təlimdə iştirak edirlər - Foto

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər...

MN-dən Poliqon-a verilən xəbərə görə, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər.

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edilib ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir.

Poliqon.info