Britaniyaya bir il ərzində oxumaq və işləmək üçün 1,1 milyon əcnəbi gəlib...

İyun ayına qədər Böyük Britaniyaya işləmək və ya təhsil almaq üçün gələn əcnəbilərin sayı 27% artıb...

Poliqon Financial Times nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Pensiya Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, iyun ayına qədər olan 12 ayda milli sığorta nömrəsi (NINo) alan yetkinlik yaşına çatmış xarici vətəndaşların sayı 2022-ci ilin iyun ayına qədər olan 877 mindən 1,112 milyon nəfərə yüksələrək rekord həddə çatıb. Xatırladaq ki, Nİno almaq Böyük Britaniyada işləmək və təhsil almaq imkanı verir.

“Məlumata görə yeni NİNo sahiblərinin əksəriyyəti - 961 mini Avropa İttifaqından kənar ölkələrdəndir. Eyni zamanda, son 20 ildə yeni qeydə alınmış sığorta nömrələrinin əsas payı ən çox Aİ dövlətlərinin nümayəndələrinin payına düşür”, Financial Times qeyd edir.

İyun ayına qədər NİNO alanların sayına görə lider Hindistan (279 min), ikinci yeri Nigeriya (133 min), üçüncü yeri Ukrayna (75 min), dördüncü yeri Pakistan (65 min), beşinci - Rumıniya (36 min) olub.

Poliqon.info