Daha bir ölkə F-16 qırıcılarını Ukraynaya verir...

Norveçin baş naziri Yonas Qahr Stor hazırda Kiyevdə rəsmi səfərdədir və orada döyüş təyyarələrinin təhvil verilməsini elan edəcək...

Poliqon xəbər verir ki, bu barədə Norveçin TV2 kanalı mənbələrə istinadən məlumat yayıb.

Norveç Niderland və Danimarkadan sonra F-16-ları Ukraynaya təhvil verən üçüncü ölkə olacaq.

Avqustun 22-də Ukrayna Hərbi Hava Qüvvələrinin rəhbəri Yuri İqnat bildirib ki, Ukrayna F-16-ları yaxşı modifikasiyalarla almağa ümid edir. Eyni zamanda o, əmindir ki, Ukraynanın F-16-da görmək istədiyi raketlərlə bağlı heç bir xüsusi problem olmamalıdır. Ancaq pul məsələsi var, çünki hər raket çox baha başa gəlir.

Avqustun 20-də Ukrayna prezidenti Volodimir Zelenski Niderlandın baş naziri Mark Rutte ilə danışıqlardan sonra Ukraynanın pilotlar və mühəndislərə təlim keçdikdən sonra 42 Amerika F-16 qırıcısı alacağını bildirmişdi.

Poliqon.info