Sallivan Priqojinin üsyanından dərhal sonra Uşakova zəng edib...

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyun ayında, “Vaqner” üsyanından dərhal sonra Rusiya prezidentinin xarici işlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığı aparıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Sallivanın zəmg eməkdə məqsədi Vaşinqtonun bununla heç bir əlaqəsinin olmadığını çatdırmaq olub.

Qəzetin mənbələri qeyd edib ki, ABŞ rəsmiləri bu zənglə iki ölkə arasında gərginliyin daha da artmasının qarşısını almağa çalışıblar. Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumatı şərh etməkdən imtina ediblər.

WSJ-nin diqqət çəkdiyi başqa bir məsələ də Sallivanın Ukraynaya qoşun yeritdikdən sonra Rusiyanın nümayəndələri ilə cəmi bir neçə dəfə əlaqə saxlaması olub. 2022-ci ildə Sallivan nüvə ilə bağlı ritorika ilə bağlı narahatlığını ifadə etmək üçün Moskvaya bir neçə dəfə zəng edib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Pentaqonun rəhbəri Lloyd Ostin, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, dövlət katibi Entoni Blinken, Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayıb.

Poliqon.info