Leyla Yunusun bir cümləlik məktubu

Vəkil Elçin Qəmbərov sentyabrın 23-də Bakı İstintaq Təcridxanasına gedərək məhbus hüquq müdafiəçisi Leyla Yunusla görüşmək istəyib
 Görüş baş tutmayıb.“Azadlıq” radiosuna danışan vəkil Xalid Bağırovun sözlərinə görə, Leyla Yunus onlara məktub göndərib. Məktub bir cümlədən ibarətdir: “Ayaqlarım ağrıyır, yeriyə bilmirəm”.Vəkil tərəddüd içində olduqlarını da bildirib: “On illik vəkil təcrübəmdə ilk belə haldır ki, dustaq səhhətinə görə görüşdən imtina edir”.