Respublikaçı Nikki Heyli: Partiyamız Trampla seçkidə qalib gələ bilməyəcək

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli bildirib ki, partiyası hüquqi problemlərinə görə bu posta əsas namizəd kimi Donald Trampla seçkilərdə qalib gələ bilməyəcək...

Poliqon bu barədə CNN-ə istinadən xəbər verir.

"O, məhkəmə zalında təşviqat aparmaqdan daha çox vaxt keçirəcək", deyə Heyli bildirib.

O qeyd edib ki, ABŞ prezidentliyinə namizədlər üçün Respublikaçılara Trampın etdiklərini düzəldəcək, eyni zamanda ölkəni irəli aparacaq gənc nəslin mühafizəkarına ehtiyac var.

"CBS News" və "YouGov"un sorğusuna əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamlar fonunda onun Respublikaçılar Partiyasının tərəfdarları arasında populyarlığı artır.

Rəyi soruşulanların 62%-i Respublikaçılar Partiyasının prezidentliyə namizədi kimi Trampı seçəcəklərini bildirib. İkinci yerdə qərarlaşan Florida qubernatoru Ron DeSantis cəmi 16% səs toplayıb. Biznesmen Vivek Ramasvami respondentlərin 7%-i prezidentlik yarışında görmək istəyir. Dördüncü yerdə 5% səslə keçmiş vitse-prezident Mayk Pensdir.

Poliqon.info