"Qız uşağı belə oynamaz" - Murad Arif

Murad Arif rəqs müəllimlərini tənqid etdi...

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır".

Poliqon axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi sosial mediada gördüyü rəqs müəllimlərini və yaradılan kursları pisləyib:

"Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir... Nə "müəllimi" qanır, nə də valideyni".

Poliqon.info