Kanada Rusiyanın 29 şirkətinə qarşı sanksiya tətbiq edib
Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın “Krım Platforması” forumunda çıxışı zamanı Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorunda fəaliyyət göstərən 4 fiziki və 29 hüquqi şəxsin ölkənin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Trüdo konkret olaraq sanksiyaların kimə qarşı tətbiq olunduğunu açıqlamayıb.
Konkret məlumatların daha sonra dərc olunacağı gözlənilir.
Poliqon.info