Çanaqqalada meşə yanğını davam edir, güclü külək əsir
Çanaqqalada meşə yanğınının baş verdiyi ərazidə güclü külək müşahidə olunur...
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, buna baxmayaraq yanğının ətraf ərazilərə yayılmaması üçün tədbir görülür və tam nəzarət altına alınması üçün işlər davam edir: “Küləyin sürəti saatda 60 kilometrdən çoxdur. Başqa yerlərə yayılmaması üçün müəyyən işlər görüləcək. Artıq bəzi lazımi tədbirləri görmüşük. Vəziyyətin son olaraq nə yerdə olduğunu 1-2 saata görəcəyik”.
Poliqon.info