Məkkədə güclü leysan və tufan olub...

Səudiyyə Ərəbistanının Məkkə əyalətində küləyin sürəti 80 km/saata çatan və leysanla müşahidə olunan şiddətli tufan olub...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda küləyin yerli sakinləri və zəvvarları ayaqlarından yerə yıxdığı görünür. Qasırğa bir neçə reklam lövhəsini, metal konstruksiyaları və zibil qutularını da dağıdıb.

Fırtına səbəbindən Məkkə rəhbərliyi krallığın məktəb, kollec və universitetlərində dərsləri uzaq formata keçirmək qərarına gəlib.

“Müqəddəs paytaxtı vuran küləyin sürəti 80 km/saatı keçib”, deyə Səudiyyə Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Qahtani Twitter-də yazıb.

Poliqon.info