Daşaltıda itkin düşmüş şəxsin meyitinin qalıqları 31 il sonra Şamaxıda dəfn olunub - Yenilənib

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub...  

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, dəfndən əvvəl şəhidlə vida mərasimi keçirilib.

B.Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onun nəşini Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Hazırda B.Mikayılovla vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Mərasimdən sonra onun meyitinin qalıqları Göylər kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.

Poliqon.info