Rusiyadakı erməni diasporu parçalanır - Ermənistanla əlaqə kəsilib...

Erməni biznesmenin fikrincə hazırda diasporda "hamı hamıya qarşı" prinsipi işləyir...
"Ermənistanla diaspor arasında əlaqə kəsilib".

Poliqon xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, Ararat Alyansının təsisçisi Ara Abramyan "Sputnik Ermənistan"a deyib.

Abramyanın sözlərinə görə, son illər diasporda parçalanma və fikir ayrılıqların yaranıb:

"Deyə bilərəm ki, Rusiyada 400-ə yaxın erməni təşkilatı açılıb. Onlar nəsə etməyə çalışırlar, Ermənilər İttifaqına mənfi münasibət bəsləyirlər, amma tezliklə bağlanırlar. Təəssüf ki, Rusiyada ən azı yarım faiz yer tutacaq təşkilat yoxdur. Onlar başa düşürlər ki, işləmək lazımdır, amma bacarmırlar və bizi müdaxilə etdiyimiz üçün günahlandırmağa başlayırlar”.

Onun sözlərinə görə, bundan əlavə, çox tez-tez Ermənistana bənzər bir vəziyyət yaranır. Erməni biznesmenin fikrincə hazırda diasporda "hamı hamıya qarşı" prinsipi işləyir.

"Xüsusilə, sosial şəbəkələrdə Rusiya-Erməniləri İttifaqı tənqid və təhqir olunur, lakin bu, səmərəsizdir", deyən Abramyanın fikrincə, Ermənistanın və Dağlıq Qarabağın qarşısında duran əsas problemləri həll etməyəcək.

"Bu gün nəinki Rusiyada, başqa ölkələrdə də diaspor yoxdur. Əlaqə kəsilib, Ermənistan ciddi gücünü itirib. Ermənistan hakimiyyətinin diaspora münasibəti qənaətbəxş deyil", deyə Abramyan qeyd edib.

Onun sözlərinə görə, diaspor təşkilatları ilə iş məsələsində hakimiyyət tərəfindən səsləndirilən, lakin həyata keçirilməyən 30 məqamı sadalaya bilər.

Poliqon.info