“Huawei” ABŞ sanksiyalarından yan keçmək üçün Çində fabriklər açır

Çin şirkəti "Huawei" Çində fərqli ad altında gizli yarımkeçirici fabriklər açır...

Poliqon xəbər verir ki, "Bloomberg" bu barədə ABŞ Yarımkeçiricilər Sənayesi Assosiasiyasına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gizli istehsal "Huawei"yə ABŞ sanksiyalarından yan keçməyə imkan verəcək. Şirkət çiplərin istehsalı üçün Amerika avadanlıq və materialları alır.

“ABŞ və Çin arasındakı gərginliyin mərkəzində olan "Huawei" keçən il çip sənayesinə daxil oldu və Vaşinqtonda yerləşən Yarımkeçirici Sənayenin hesablamalarına görə, hökumətdən təxminən 30 milyard dollar dövlət maliyyəsi alacağı təxmin edilir. Şirkət ən azı iki fabrik yaradıb və ən azı daha üç fabrik tikir”, deyə məlumatda bildirilir.

Poliqon.info