Goranboyda mikroavtobus aşıb

Mingəçevirdən Goranboya gedən mikroavtobus Goranboy rayon Zeyvə kəndi ərazisində idarəetmədən çıxaraq aşıb...

"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb.

Sürücü hadisədən yayınmağa çalışan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info