AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb

22 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib...

Bu barədə Poliqon-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, hərracda tələb 59.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur. Belə ki, 17 avqustda keçirilən valyuta hərracında banklar 41.3 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Poliqon.info