Tramp Rusiyaya “qaçması” ilə bağlı zarafat edib...

ABŞ-ın keçmiş prezidenti Tramp deyib ki, ondan 200 min dollar girov tələb edən prokuror onun Rusiyaya qaçmasından ehtiyat edir...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkiyə müdaxilə iddiasında ona 200 min dollar girov təyin edən Atlantanın Fulton dairəsinin prokuroru Fani Uillisin onun Rusiyaya qaça biləcəyindən ehtiyat etdiyini bildirib.

Poliqon xəbər verir ki, sabiq prezident bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ağ Evin keçmiş rəhbəri istehza ilə qeyd edib ki, prokuror onun Rusiyaya mümkün qaçmasından qorxur.

“O, hesab edir ki, mənim uzaqlara, çox uzaqlara, bəlkə də Rusiyaya qaçmaq fikrim var” , deyə Tramp rişxəndlə yazıb.

“Güman edirəm ki, o, mənim uzaqlara, bəlkə də Rusiyaya uçmağım, Vladimirlə qızıl qübbəli lüks ofisi paylaşaçağımı düşünür. Beləliklə heç kimin məni görməyəcək və ya eşitməyəcək”, deyə Tramp zarafat edib.

Poliqon.info