BRİKS-ə qoşulmanın maddi faydaları azalır...

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar “BRICS bank”ın kredit siyasətinə də təsir edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, blokun ən konkret nailiyyəti olan Yeni İnkişaf Bankı və ya “BRICS bank” ləng kreditləmə siyasəti göstərməkdədir. “BRICS bank” tərəfindən kredit verilməsi Rusiyaya qarşı sanksiyalardan sonra daha da məhdudlaşıb.

Reuters qeyd edir ki, BRİKS-ə üzvlükdən iqtisadi yüksəlişə ümid edən kiçik ölkələr Cənubi Afrikanın təcrübəsindən öyrənirlər. CAR-ın ticarət dövriyyəsi BRİKS-ə qoşulduqdan sonra durmadan artır. Bununla belə, bu artım əsasən Çindən idxal hesabına baş verir və blok hələ də Cənubi Afrikanın ümumi ikitərəfli ticarətinin yalnız beşdə birini təşkil edir.

Braziliya və Rusiya ixracatının cəmi 0,6%-ni təşkil edir, Cənubi Afrikanın BRICS tərəfdaşları ilə ticarət kəsiri keçən il 2010-cu illə müqayisədə 4 dəfə artaraq 14,9 milyard dollar təşkil edib.

Poliqon.info