Rostovda ağır yol qəzasında 8 nəfər ölüb

Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb...

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vasili Qolubev teleqramda bildirib.

“Təxminən bir saat öncə Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması sonucunda dördü uşaq olmaqla 8 nəfər ölüb. Vilayət yol polisinin rəhbərləri olay yerinə gedib, İstintaq Komitəsinin istintaq qrupu fəaliyyət göstərir, hadisənin səbəbləri müəyyənləşdirilir”, - vilayət başçısı diqqətə çatdırıb.

Poliqon.info