Türkiyə Prezidenti sentyabrda Rusiya lideri ilə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Rusiya lideri Vladimir Putinlə görüşə bilər...

APA xəbər verir ki, bu barədə Türkiyə lideri Macarıstan səfərinin ardınca jurnalistlərlə görüşündə bildirib.

Ərdoğan qeyd edib ki, Putinlə üz-üzə görüşməyi gözləyir və mümkündür ki, yaxın zamanda Türkiyə XİN rəhbəri Rusiyaya getsin və həmçinin, “taxıl sazişi” üzrə işi davam etdirsin.

Türkiyə Prezidenti onu da əlavə edib ki, gərgin iş qrafikini nəzərə alaraq həm Türkiyə, həm də Rusiya tərəfi fürsət taparsa, iki liderin görüşü baş tutacaq. Belə ki, gələn ay Hindistanda G20 sammiti və ABŞ-da BMT Baş Assambleyasının sessiyası keçiriləcək.

Poliqon.info