Kral III Çarlzla şahzadə Harri arasında “sülh danışıqları”nın tarixini açıqlanıb...

Böyük Britaniya kralı III Çarlz Londonda kiçik oğlu, şahzadə Harri ilə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə “OK” portalı Bukingem sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, III Çarlz və şahzadə Harri arasında “sülh danışıqları” sentyabrın 17-də baş tutacaq. Sussex hersoqu Düsseldorfdan Londona gələcək və burada sentyabrın 16-da keçmiş hərbi qulluqçular üçün “Invictus Game” yarışmasının aparıcısı kimi çıxış edəcək. Eyni zamanda həmin vaxt kral III Çarlz Balmoraldakı Şotlandiya mülkündən Böyük Britaniyanın paytaxtına qayıdacaq.

“Kral Fransaya rəsmi səfərini sentyabrın 20-nə təyin edib, ona görə də oğlu ilə görüşmək üçün Londonda bir neçə günü olacaq. Hazırda əməkdaşlar bu görüşün təfərrüatlarını aydınlaşdırmağa çalışırlar”, deyə mənbə bildirib.

Əlavə edilib ki, Meqan Marklın Almaniyaya səfəri zamanı ərini müşayiət edəcəyinə baxmayaraq, onu III Çarlzla görüşə dəvət etməyiblər.

Şahzadə Harri atasını sonuncu dəfə 2023-cü ilin mayında III Çarlzın tacqoyma mərasimində görüb. Harri Böyük Britaniyada 28 saat keçirib və hadisədən dərhal sonra Meqan Markl və uşaqların yanına, ABŞ-a qayıdıb.

Poliqon.info