Saatlı sakinlərindən "TOZ-18" markalı ov tüfəngləri götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir...

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinləri F.Əhmədovdan və A.Süleymanovdan müvafiq sənədləri olmayan "TOZ-18" markalı ov tüfəngləri aşkarlanıb.

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Poliqon.info