Qərb Putini devirmək istəyir? - Olaf Şoltsdan açıqlama...

Almaniya kansleri bildirib ki, onlar kimin harda oturmasına qərar vermirlər...
"Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin onun rejimini devirmək niyyətindən çox qorxur, lakin avropalıların özlərinin belə planları yoxdur".

Poliqon xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Deutsche Welle nəşrinə deyib.

"Biz Rusiyada rejim dəyişikliyi planlaşdırmırıq. Kimin harada oturacağına biz qərar vermirik", deyə Almaniya kansleri bildirib.

Kanslerin sözlərinə görə, yalnız Putin “öz diktaturasına görə cavabdehdir”. Şolts bildirib ki, Kreml rəhbəri Avropa İttifaqı ilə yanaşı yaşamaq kerçəyi ilə barışmalıdır:

"Onlar açıq cəmiyyətlər, liberal demokratiyalar birliyi kimi Avropa İttifaqına inanmalı və azadlığın virus olmadığını bilməlidirlər".

Kansler həmçinin qeyd edib ki, Almaniyanın Ukraynadakı müharibəyə birbaşa cəlb olunmasının qarşısını almağa çalışacaq.

Poliqon.info