Almaniya parlamenti “Taurus” raketlərini Ukraynaya təhvil verməyə çağırdı...

Almaniya Parlamentinin (Bundestaq) Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strak-Zimmermann Niderland və Danimarkanın Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı razılaşmaları alqışlayıb...

Poliqon bu barədə Deutschlandfunk nəşrinə istinadla xəbər verir.

"Mən çox şadam ki, Danimarka və Niderland bunu Ukraynaya vəd etdilər", deyə Strak-Zimmermann bildirib.

Parlamentar həmçinin alman siyasətçilərinin bir neçə aydır müzakirə etdiyi “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsi ilə bağlı qərarın tez bir zamanda qəbul edilməsini istəyib.

Ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski Hollandiya və Danimarkaya səfər edib. Onun sözlərinə görə, Amsterdamda aparılan danışıqlarda "sıçrayış" olub və onlar Kiyevə 42 F-16 qırıcısının təhvil verilməsinə razılaşıb. Niderlandın baş naziri Mark Rutte qeyd edib ki, ölkədə cəmi 42 belə təyyarə var və onlardan neçəsinin Ukraynaya çatdırılacağını hələlik dəqiq söyləmək mümkün deyil. Danimarka Kiyevə 19 döyüş təyyarəsi tədarük edəcəyinə söz verib.

Poliqon.info