Bakıda 22 yaşlı gənc bıçaqlanıb  

Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb...

“Report”un məlumatına görə, mübahisə zəminində 2001-ci il təvəllüdlü Sabir Cavad oğlu Məmmədyarov bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info