İlham Əliyev “Euronews”da - Video

"Bu, əsrin layihəsidir və ən azı 100 il hər birimizə fayda gətirəcək”
 Xəbər verdiyimiz kimi, 2014-cü il, sentyabrın 20-də Azərbaycan, Cənub Qaz Dəhlizinin yaradılmasına başlanğıc olacaq Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Kəməri Layihəsinin açılışını qeyd etmək üçün “tarixi mərasimə” ev sahibliyi edib.PİA.AZ-ın məlumatlna görə, mərasimdən sujet hazırlayan “Euronews” Azərbaycan respublikasının prezidenti İlham Əliyevdən müsahibə alıb. Layihənin Azərbaycan üçün faydalı olacağını bildirən İlham Əliyev bunu "Əsrin layihəsi" adlandırıb. Bu layihənin Azərbaycan üçün böyük faydası var. Çünki bizə imkan verəcək ki, öz qaz resurslarımnızı dünya bazarlarına çıxaraq. Qazı alan ölkələr, yəni istehlak edən ölkələr üçün alternativ, yeni bir qaz mənbəyidir. Əslində bu əsrin layihəsidir. Bu layihə ən azı 100 il hər birimizə fayda gətirəcək”. Qeyd edək ki, TANAP (Transanadolu Təbii Qaz Kəməri) layihəsinin Türkiyə sektorunun təməl qoyma mərasimi 2015-ci ilin mart ayında olacaq. Təxmini qiyməti 10 milyard dollar olan TANAP, BP-nin rəhbərliyi ilə Şahdəniz layihəsinin 2-ci fazasının qazını Avropa bazarlarına nəql edəcək. TANAP-a birləşdiriləcək TAP Yunanıstanın Kipoy məntəqəsindən bu ölkə və Albaniya boyunca keçərək Adriatik sahillərinə çıxacaq, buradan isə suyun altı ilə Apuliya regionunana çıxaraq İtaliyanın qaz şəbəkəsinə qoşulacaq.Xatırladaq ki, TANAP barədə saziş Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Erdoğan arasında 2012-ci ildə imzalanıb.