İranda saxlanılan Fərid Səfərliyə hökm oxundu

İranda həbs edilən Fərid Səfərliyə hökm oxunub...

Bu barədə "Report"a onun anası Dilarə Əskərova deyib.

O bildirib ki, oğlu 2 il müddətinə azadlıqdan məhrum edilib.

D.Əskərovanın sözlərinə görə, F.Səfərlinin vəkili həmin hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Poliqon.info