Vətən müharibəsi bitəndən indiyədək 500-ə yaxın şəxsə aid meyit qalığı aşkarlanıb

2020-ci il noyabrın 10-dan avqustun 18-dək I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 500-ə yaxın şəxsə aid meyit qalığı aşkar edilib...

"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

"Onlardan 120-si Üçtərəfli bəyanatdan sonra ermənilər tərəfindən qarışıq halda təqdim edilmişdir. Mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində məlum olmuşdur ki, bu qalıqlar bütün normalar pozularaq, kobud və qeyri-peşəkar şəkildə qazılaraq çıxarılmış və qarışıq halda kisələrə yığılaraq təhvil verilmişdir. Ermənilərin insan qalıqlarına bu cür münasibəti həmin qalıqların eyniləşdirilməsində ciddi çətinliklər yaradır", - o bildirib.

Poliqon.info