Azərbaycanda "WhatsApp"la bağlı nə baş verir?

“Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. Hazırda probelmin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur”.

Pravda.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

“WhatsApp”la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır. Kimlər bu problemlə üzələşib?” – o qeyd edib.

Poliqon.info