Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 114 milyon xərcləyəcək

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün vəsaitin alınması ilə bağlı 114 milyon dollar dəyərində 3 müqavilə imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.

Norveçin müdafiə şirkəti "Kongsberg" ilə 72,1 milyon dollarlıq müqavilə çərçivəsində pilotsuz uçuş aparatlarına qarşı əks-tədbirlər alınacaq.

İki müqaviləyə əsasən, hava hücumundan müdafiə avadanlıqları - "CORTEX Typhon" sistemləri alınacaq. Onlar avtomobilə quraşdırılır. Bu sistemlərin köməyi ilə dronları aşkar etmək və onları sıxışdırmaq mümkün olacaq.

Müqavilələr Ukraynaya Hərbi Yardım Beynəlxalq Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək. Ümumilikdə, Ukraynaya Beynəlxalq Yardım Fondu Danimarka, İslandiya, Litva, Norveç, İsveç, Hollandiya və Böyük Britaniyadan 797 milyon dollar toplayıb. Bundan əlavə, Böyük Britaniya Ukraynaya hərbi yardım üçün 2023-cü il üçün ayrıca 2,9 milyard dollar ayırıb.

Poliqon.info