Salyandakı qətlin təfərrüatı: “Üzümüzə gülüb bacıma iki bıçaq zərbəsi vurdu” - Video

Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub...

Hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.

“Üzümüzə gülüb bacıma iki bıçaq zərbəsi vurdu. Üçüncünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.

Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirmiş:“Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də ailəsi dağılmasın deyə, öz evinə qaytarırdım”.

Ətraflı videonu təqdim edirik:

Poliqon.info