BMT: Şimali Koreyada sosial vəziyyət pisləşir, repressiyalar güclənir...

Şimali Koreya ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda insan haqlarına qarşı təzyiqləri gücləndirir...

Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə iclasında deyib.

“Bizdə olan məlumata görə, qeyri-rəsmi bazarlar və digər qazanc mənbələri çökdükcə insanlar daha da çarəsizləşir, onların dövlət nəzarəti, həbslər və sorğu-suallarla bağlı qorxusu güclənir”, deyə diplomat bildirib.

Volker Türk repressiyaların güclənməsinə misal olaraq xaricdən gələn məlumatlara istinad edən “mürtəce ideologiya və mədəniyyət”lə əlaqəyə görə 5 ildən 15 ilə qədər həbs cəzalarından danışıb.

Poliqon.info