Messi: “Mayami şəhərindən həzz alırıq”

Argentinalı ulduz futbolçu Lionel Messi “İnter Mayami”yə keçidini dəyərləndirib...

36 yaşlı futbolçu ABŞ-yə köçmək və bu ölkədə futbol oynamaq barədə verdiyi qərarın düzgün olduğunu vurğulayıb.

“Deyə bilərəm ki, verdiyimiz qərardan çox məmnunam, təkcə oyunum üçün deyil, həm də ailəm üçün, burada yaşamağımız və şəhərdən həzz aldığımız hər gün üçün”, - L.Messi söyləyib.

Xatırladaq ki, 36 yaşlı Messinin ABŞ klubu ilə müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

Poliqon.info