Putin Rusiyada sürət qatarlarının olmasını istəyir - Amma sənədlərdə onlar 30 il əvvəl olmalıydı...

Rusiya prezidenti 30 ildir ancaq kağız üzərində mövcud olan sürətli dəmir yollarının tikintisinin vaxtının gəldiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Vladimir Putin Rusiyada yüksəksürətli dəmir yolu xətlərinin bütöv bir şəbəkəsini qurmağın vaxtının çatdığını bildirib.

Rusiya prezident qeyd edib ki, Sankt-Peterburqdan Moskvaya keçməklə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş rayonları da daxil olmaqla cənuba, şərqə və qərbə doğru sürət qatarları işləməlidir.

“Aqenstvo” nəşri qeyd edir ki, Rusiya hakimiyyəti 30 ildən artıqdır ki, yüksək sürətli dəmir yolu ilə bağlı müzakirələr aparır, lakin bütün bu layihələr başlamazdan əvvəl iqtisadi məqsədəuyğun olmadığı üçün dondurulub.

İndiyədək Rusiyada iki sürətli dəmir yolu layihəsi müzakirə olunub. Onlardan birincisi, Moskva və Sankt Peterburq arasında, hələ 1992-ci ildə hazırlanmışdı və tikinti 2000-ci ilə qədər başa çatmalı idi. Lakin bu işi götürən şirkət “RAO VSM” müflis olduğu üçün işlər yarımçıq buraxılıb. Digər layihə isə Moskva-Kazan marşrutu olub.

Nəşr yazır ki, bundan sonnra 2010-cu illərdə Rusiya Dəmir Yolları və Transmaşholdinq layihəni canlandırmaq qərarına gəldi və hətta onu 2018 FIFA Dünya Kuboku üçün vaxtında işə salmağa söz verdi. Sonra planlar ikinci layihənin xeyrinə dəyişdi və Moskva-Kazan marşrutuna üstünlük verildi. Hökümət Moskva-Kazan marşrutu ilə bağlı Çin bankları ilə investisiyalar üzrə danışıqlara başladı. Tezliklə bu layihə də donduruldu. 2020-ci ildə Baş nazirin müavini Marat Xusnullin yüksək sürətli dəmir yolunun yüksək qiymətə görə tikilməyəcəyini bildirdi.

Hazırda Moskva-Sankt-Peterburq yüksək sürətli xəttinin iqtisadi səmərəliliyi və sərnişin daşınması da ekspertlər arasında böyük suallar yaratdı, lakin 2019-cu ildə Putin bu layihəyə yenidən qayıtmağı tapşırdı.

“Aqenstvo” nəşrinin yazdığına görə, hazırda iki əsas layihə ilə yanaşı, Moskva-Soçi avtomobil yolu da müzakirə olunur. Bu yol 2020-ci ildə Rusiyanın nəqliyyat strategiyasına daxil edilib və 2035-ci ilə qədər tikiləcəyi vəd edilib. Və 2023-cü ilin iyununda Nəqliyyat Nazirliyi Moskva-Sankt-Peterburq yüksək sürətli xəttinin Minskə qədər uzadılmalı olduğunu bildirib.

Qeyd edilir ki, həm 1990-cı illərdə, həm də 2010-cu ildən sonra mövcud olan planlara görə, Moskva-Sankt-Peterburq yüksək sürətli dəmir yol xətti paytaxtlar arasında səyahət vaxtını 2,5 saata endirməli idi və təxminən 2 trilyon rubl qiymətləndirilirdi. 2022-ci ilə qədər Rusiyanı yüksək sürətli “Sapsan” və “Lastochka” qatarları ilə təmin edilməli olan layihədə “Siemens” iştirak etməli idi. Lakin müharibə başlayandan sonra alman konserni Rusiyanı tərk edib.

Poliqon.info