Bayden ilkin şərt olmadan Kim Çen Inla görüşməyə hazırdır...

ABŞ prezidenti Co Bayden Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi Kyodo News nəşrinə müsahibəsində deyib: “Biz heç bir şərt qoymadan danışıqlar masası arxasına əyləşməyə hazırıq”.

Ağ Ev rəsmisi əlavə edib ki, Şimali Koreya hakimiyyəti hələlik təklifə cavab verməyib.

Qey edək ki, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanı gərginliyi nüvə müharibəsi həddinə çatdırmaqda ittiham edib. Bundan daha əvvəl Şimali Koreya lideri Koreya Xalq Ordusunun hazırlığının “hücum xarakterli” şəkildə artırılacağını bildirmişdi. Kim Çen In həmçinin “əzici hərbi güc” təmin etmək və müharibəyə hazır olmaq üçün raketlərin istehsalını artırmağı əmr edib.

Poliqon.info