Trampın müdafiəsi məhkəmənin 2026-cı ilə qədər təxirə salınmasını təklif edib...

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri məhkəmədən Kapitoliyə hücumla bağlı məhkəmə prosesinin 2026-cı ilin aprelində başlamasını xahiş ediblər...

Poliqon xəbər verir ki, bu brədə beynəlxalq xəbər agentliyi Associated Press məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyi məhkəmənin 2 yanvar 2024-cü ildə başlamasını təklif edib. Rayon hakiminin avqustun 28-nə təyin edilmiş məhkəmə iclasında yekun tarixi qərar verəcəyi gözlənilir.

Trampa qarşı 2021-ci il yanvarın 6-da Kapitoliya hücumu ilə əlaqədar avqustun 2-də ittiham irəli sürülüb. Onu iki maddə üzrə beş ilədək, iki maddə üzrə isə 20 ilə qədər həbs gözləyir.

İş üzrə bir gün sonra keçirilən ilk məhkəmə iclasında eks-prezident həbs olunmayıb, o, məhkəmənin çağırışlarına əməl etmək vədi ilə azadlığa buraxılıb.

Tramp məhkəməni “Amerika üçün kədərli gün” adlandırıb.

Poliqon.info