Qusarda qidadan zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - Yenilənib

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib...

Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Bu barədə Poliqon-a TƏBİB-dən məlumat verilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

***

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info