Ucar sakini güllələnib, vəziyyəti ağır olduğundan Bakıya aparılıb - Yenilənib

Bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyev tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb...

Tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alan şəxs paytaxta aparılıb.

APA xəbər verir ki, həmin şəxs Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib.

Qeyd edək ki, hadisə bu gün Ucar rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib.

Rayonun Məlikballı kənd sakini Xəlil Xəlilzadə əlində olan tir tüfəngi ilə ehtiyatsız davranıb.

Nəticədə tüfəngdən açılan atəş nəticəsində çayxanada çay içən, rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası alıb.

O, əvvəlcə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra Göyçay Rayon Xəstəxanasına göndərilib.

Tural Tağıyev müalicəsini davam etdirmək məqsədi ilə Bakıya aparılıb.

***

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalara görə, hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Poliqon.info