Fransa Cənubi Qafqazda yeni müharibənin olmasını istəyir?..

Fransanın bir sıra şəhərlər və regionlarından toplanmış guya yardımdan ibarət yük maşınını Qarabağa göndərilməsi barədə qərar qəbul olunub...

Politoloq: “Fransa, ya qeyrisi hansı məqsədlə olursa-olsun Azərbaycan dövlətinin razılığı olmadan Azərbaycan ərazisinə heç bir yük keçirə bilməz”.

“Azərbaycan sərhəd keçid məntəqəsi yaradandan bu günə kimi erməni əhalinin miqrasiyasında heç bir problem olmadığı halda süni şəkildə problem olduğunu demək və humanitar fəlakət anlayışının ortaya atılması məqsədli xarakter daşıyır. Fransa da bunda əsas rol oynayır”.

Bu sözləri politoloq Azər Qasımov Fransanın Ermənistanın tır şousuna qoşulmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bakının icazəsi olmadan rəsmi İrəvan tərəfindən humanitar yük adı altında Xankəndinə göndərilən tırlar Laçın sərhəd-buraxılış məntəqəsinə yaxın ərazidə necə deyərlər, dalana dirənib. Buna baxmayaraq, hər ötən həftə vəziyyəti daha da gərginləşdirmək, tır şousu üzərinə beynəlxalq ictimaiyyəti manipulyasiya etmək məqsədilə bu avtomobil karvanına yeniləri əlavə olunur. Bu dəfə isə Fransanın bir sıra şəhərlər və regionlarından toplanmış guya yardımdan ibarət yük maşınını Qarabağa göndərilməsi barədə qərar qəbul olunub.

Fransanın müxtəlif bölgələrindən Xankəndiyə “hunamitar yüklərin” göndərilməsi nəyə hesablanıb? Bu fonda dünən BMT TŞ-nin iclasında Fransa nümayəndəsinin çıxışını necə dəyərləndirmək olar? Ümumiyyətlə, Paris daha çox bölgədə yeni müharibənin olmasını istəyir?

Fransanın müxtəlif bölgələrindən Xankəndiyə “hunamitar yüklərin” göndərilməsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Humanitar şounun məqsədi regionda gərginliyin artırılmasına hesablanıb”.

Fransan nümayəndəsinin BMT-nin iclasındakı qeyri-obyektiv çıxışının gərginliyə hüquqi əsas yaratdığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti Fransanın bu mövqeyini təbii qarşılayır və bunda yeni heç nə görmür:

“Azərbaycan dövlətinin iradəsindən kənar heç bir dövlətin, təşkilatın nə istədiyi önəmli deyil. Fransa, ya qeyrisi hansı məqsədlə olursa-olsun Azərbaycan dövlətinin razılığı olmadan Azərbaycan ərazisinə heç bir yük keçirə bilməz.

Ermənistan və havadarlarının humanitar şou anlayışının heç bir əsası yoxdur. Qarabağ ərazisində humanitar yardım tələb edən heç bir durum yoxdur və Azərbaycan dövlətinin özü donor ölkə kimi dünyada kasıb və ehtiyacı olan ölkələrə yardım edir. Bu durumda Azərbaycanın öz ərazisində əgər yardıma ehtiyacı olan insan varsa, onun vətəndaşı olub-olmamasından asılı olmayaraq onlara yardım etmək imkanı vardır. Azərbaycan dövləti hesab edir ki, onun ərazisində yardıma ehtiyacı olan insan yoxdur.

Azər Qasımov: “Yaranacaq nəticələrə görə Fransanın məsuliyyət daşıyacağı aydındır”.

Bununla belə, Azərbaycan sərhəd keçid məntəqəsi yaradandan bu günə kimi erməni əhalinin miqrasiyasında heç bir problem olmadığı halda süni şəkildə problem olduğunu demək və humanitar fəlakət anlayışının ortaya atılması məqsədli xarakter daşıyır. Fransa da bunda əsas rol oynayır. Humanitar şounun məqsədi regionda gərginliyin artırılmasına hesablanıb. Məsələ ondadır ki, Azərbaycan 44 günlük müharibə ilə tək Ermənistan üzərində yox, eyni zamanda, onun havadarları üzərində də qələbə çalıb. İndi Ermənistan dövləti Paşinyanın dilindən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməklə məğlubiyyəti qəbul etsə də, onların havadarları bu məğlubiyyəti qəbul etmirlər. Onlar hesab edirlər ki, Ermənistanın müharibədə uduzması təsadüfən olub və yeni müharibə ilə Ermənistan ən azı hansısa qələbə əldə edəcək.

Fransan nümayəndəsinin BMT-nin iclasındakı qeyri-obyektiv çıxışı da bu gərginliyə hüquqi əsas yaratmaqdır. Azərbaycan dövləti Fransanın bu mövqeyini təbii qarşılayır və bunda yeni heç nə görmür. Amma yaranacaq nəticələrə görə Fransanın məsuliyyət daşıyacağı aydındır”.

Nərminə UMUDLU Poliqon.info