Sumqayıtda əqli qüsurlu 25 yaşlı qız itkin düşüb

Sumqayıtda əqli qüsurlu 25 yaşlı qız itkin düşüb...

“Report”un yerli bürosu məlumat verir ki, Zeynəb Azər qızı Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmayıb.

O, itkin düşərkən üzərində çəhrayı rəngdə kostyumda olub. Hadisə ilə bağlı polisə məlumat verilib.

Poliqon.info