İranın xarici işlər naziri son 7 ildə ilk dəfə Ər-Riyada səfərə gedib...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Səudiyyə Ərəbistanına bir günlük səfərə gedib...

Poliqon xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin telegram kanalında məlumat verilib.

Nazir Tehranı tərk edərək Ər-Riyada yollanıb. Xarici İşlər Nazirliyi Abdullahyanın Səudiyyə Ərəbistanına səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif məsələlərini gündəmə gətirəcəklərini, həmçinin hər iki ölkə üçün aktual olan regional və beynəlxalq gündəlikdəki problemləri müzakirə edəcəklərini qeyd edib.

Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin yazında kəskinləşib. Buna səbəb Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə keçirdiyi hərbi əməliyyat olub. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumlardan sonra krallıq İranla diplomatik əlaqələri kəsib. Abdullahyan son 7 ildə krallığa səfər edən İslam Respublikasının ilk xarici işlər naziri olub.

İyunun ortalarında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bu ilin yazında ölkələr arasında diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana gəlib.

Poliqon.info